<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbb İsa, Səni çağırıram mən,
 Çağırıram bütün günlərimdə.
 Gəl, eşit məni, mənim Allahım,
 Gəl, kömək et mənə, Xilaskarım.

[C1]
   Mənim İsam, mənim İsam,
   Allahın Müqəddəs Oğlusan.
   Mənim İsam, mənim İsam,
   Tək bir olan Xilaskarımsan.

[V2]
 Mən Sənə bağlıyam ürəyimlə,
 Sevdim Səni mən bütün qəlbimlə.
 Ey Rəbbim, xilas et, qoru məni,
 Dünya günahından təmizlə məni.

[V3]
 Ürəyim hiss etdi məhəbbətini,
 Qaranlığı qovdu Sənin qüdrətin.
 Səni düşünürəm daim, hər zaman,
 Səni gözləyirəm hər gün, hər bir an.</lyrics>
<title>Rəbb İsa, Səni çağırıram mən İL512</title>
<hymn_number>512</hymn_number>
</song>